Ən son xəbərlər:

03.05.2023/ 17: 35/ Türkiyə Ermənistanın üçüncü ölkələrə uçuşlar üçün hava məkanını bağlayıb

Türkiyə Ermənistanın üçüncü ölkələrə uçuşlar üçün  hava məkanını  bağlayıb.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Türkiyə öz hava məkanını üçüncü ölkələrə uçan Ermənistan aviaşirkətlərinin təyyarələri üçün bağlayıb. Bunu çərşənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu En-ti-vi telekanalının efirində deyib.

Biz Ermənistan üçün hava məkanını üçüncü ölkələrə uçuşlar üçün bağladıq. Lazım gələrsə, ölkəmizə təyyarələr buraxacağıq, lakin Ermənistanın Türkiyə və Azərbaycana qarşı təxribatları davam etdikcə, təyyarələrin və şəxsi təyyarələrin məkanımızdan keçməsinə icazə verməyəcəyik. Onlara mane olmasalar, başqa tədbirlər görəcəyik.