Ən son xəbərlər:

03.05.2023/ 17: 16/ NATO Yaponiyada nümayəndəlik açmağı planlaşdırır

NATO Yaponiyada nümayəndəlik açmağı planlaşdırır.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, NATO gələn il Yaponiyada nümayəndəliyini açmaq niyyətindədir. Bu barədə çərşənbə günü Yaponiyanın “Nikkei” biznes qəzeti məlumat yayıb.

Qeyd olunur ki, nümayəndəlik əlaqə bürosu funksiyalarını yerinə yetirəcək, onun vasitəsilə NATO ölkələri və Yaponiya müxtəlif məsələlər üzrə məsləhətləşmələr apara biləcəklər. Alyansın regiondakı digər müttəfiqləri, xüsusilə Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya da Tokio Əlaqə Bürosu vasitəsilə bu cür məsləhətləşmələrdə iştirak edə biləcəkləri vurğulanır. Nəşrin məlumatına görə, müvafiq qərar NATO-nun iyunun 11-12-də Vilnüsdə keçiriləcək növbəti sammitinə qədər rəsmən təsdiqlənə bilər.

Ofisin özünün açılışı gələn il üçün nəzərdə tutulub. Yapon qəzeti qeyd edir ki, NATO-nun oxşar əlaqə ofisləri hazırda Nyu-Yorkda, Vyanada, həmçinin Gürcüstan və Ukraynada yerləşir.