Ən son xəbərlər:

03.05.2023/ 17: 04/ Moskva Kiyevin zərbə endirmək cəhdini prezidentə – Kremlə qəsd kimi qiymətləndirir

Moskva Kiyevin zərbə endirmək cəhdini prezidentə – Kremlə qəsd kimi qiymətləndirir.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Moskva Kiyev rejiminin dövlət başçısının Kreml iqamətgahına hücumunu planlaşdırılan terror aktı və Qələbə günü ərəfəsində Rusiya prezidenti Vladimir Putinin həyatına qəsd kimi qiymətləndirir. Bu barədə çərşənbə günü Kremlin mətbuat xidməti məlumat yayıb.

Biz bu hərəkətləri Qələbə Günü ərəfəsində, xarici qonaqların da iştirakının planlaşdırıldığı 9 May Paradında  planlaşdırılan terror aktı və Rusiya Federasiyası Prezidentinin həyatına qəsd kimi qiymətləndiririk, – mətbuat xidmətinin mesajının mətnində  belə deyilir.