Ən son xəbərlər:

03.05.2023/ 09: 49/ Ukrayna əks-hücumun təfərrüatları barədə müttəfiqlərinə məlumat vermir

Ukrayna əks-hücumun təfərrüatları barədə müttəfiqlərinə məlumat vermir.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki,  “Politico” iki avropalı rəsmiyə istinadən yazır ki, Ukrayna Qərb müttəfiqlərinə gözlənilən əks-hücumun təfərrüatlarını vermir.

Kiyev əks-hücumla bağlı məlumatı, o cümlədən əməliyyat üçün nə vaxt, harada və neçə hərbçi cəlb etməyi planlaşdırdığını paylaşmır, – materialda belə deyilir.

Rəsmilərin sözlərinə görə, Ukrayna tərəfi bunu başqa şeylərlə yanaşı, Pentaqonun məxfi sənədlərinin bu yaxınlarda açıqlanması ilə izah edir.

Həmçinin bildirilir ki, Kiyevdə qarşıdan gələn hücumun planını az adam bilir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir qədər əvvəl qeyd etdiyi kimi, Qərbin Kiyevin yalnız Ukrayna ordusunun uğurlu əks-hücumundan sonra Moskva ilə danışıqlar apara biləcəyi barədə bəyanatları şizofreniya məntiqidir.

“The New York Times” qeyd edir ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhədə ciddi uğurları olmasa, Qərbin Ukraynaya dəstəyi zəifləyə bilər.