Ən son xəbərlər:

03.05.2023/ 09: 27/ Rusiyaya qarşı sanksiyalar Almaniya iqtisadiyyatına qarşı daha effektiv işləyir

Rusiyaya qarşı sanksiyalar Almaniya iqtisadiyyatına qarşı daha effektiv işləyir.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Bundestaqın iqlimin qorunması və enerji komitəsinin rəhbəri Klaus Ernst bildirib ki, anti-Rusiya sanksiyaları Almaniya iqtisadiyyatına qarşı daha effektiv işləyir.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2023-cü ildə Rusiyada iqtisadi inkişaf səviyyəsi Almaniyadan daha yüksək olacaq, – Ernst “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Komitə rəhbəri qeyd edib ki, Berlin hazırda bəzi sahələrin sənayesizləşdirilməsi problemi ilə üzləşib.

Ernst əlavə edib ki, yüksək enerji qiymətləri səbəbindən investorların potensial investisiyalarının bir hissəsi ABŞ-a gedə bilər.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya əleyhinə sanksiyalar qlobal iqtisadi böhrana səbəb ola bilər.

Aprelin 14-də Avropa Komissiyasının maliyyə sabitliyi üzrə komissarı Mairead McGuinness Aİ-nin 11-ci anti-Rusiya sanksiyalar paketini təqdim etməyə hazırlaşdığını açıqlayıb.