Ən son xəbərlər:

03.05.2023/ 08: 53/ Quraqlıq və su müharibələri Avropanı təhdid edir

Quraqlıq və su müharibələri Avropanı təhdid edir.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Politico yazır ki, Avropa quraqlıq və bunun nəticəsində su ehtiyatlarına çıxış üçün artan rəqabətlə təhdid olunur.

Məqalədə deyilir ki, Su idarəçiliyi və ona kimin çıxış əldə edəcəyi ilə bağlı qərar bütün qitədə siyasi məsələyə çevrilir.

Nəşr peyk məlumatlarının Avropanın 2018-ci ildən bəri şiddətli quraqlıqdan əziyyət çəkdiyini təsdiq etdiyi TU Graz tədqiqatına istinad edir.

Qeyd edilir ki, artan su qıtlığı siyasi problemlərə və münaqişələrə gətirib çıxara bilər və artıq gətirib çıxarır.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron iqtisadiyyatın bütün sahələrində su istehlakını 10% azaltmağa çağırıb.