Ən son xəbərlər:

03.05.2023/ 05: 11/ Türkiyənin enerji təchizatına ehtiyacı olmayacaq

Türkiyənin enerji təchizatına ehtiyacı olmayacaq.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Türkiyədə yeni neft yatağı kəşf edilib, onun artıq xaricdən enerji təchizatına ehtiyacı olmayacaq. Bu barədə çərşənbə axşamı prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

Biz cənub-şərqi Qabar rayonunda 2,6 km dərinlikdə neft tapdıq. Yatağın hasilat gücü sutkada 100 min bareldir. Orada Türkiyənin bütün digər neft yataqlarından daha çox neft hasil ediləcək.

Türkiyə artıq enerji təchizatına ehtiyacı olan bir ölkə olmayacaq. Biz enerji resurslarını təmin etməyə qadir dövlətə çevriləcəyik.