Ən son xəbərlər:

03.05.2023/ 04: 59/ Bu gün biz üçqütblü dünyada yaşayırıq…

03.05.2023/ 04: 59/ Bu gün biz üçqütblü dünyada yaşayırıq…

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Rusiya ABŞ və Çinlə birlikdə yeni üçqütblü dünyanın qütblərindən biridir. Bu fikri çərşənbə axşamı “Foreign Affairs” jurnalına müsahibəsində ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Millli deyib.

Soyuq Müharibədən fərqli olaraq, hazırda dünyada üç böyük güc var: ABŞ, Çin və Rusiya. Bunların üçü də əhali, iqtisadiyyat və hərbi baxımdan əhəmiyyətli güc potensialına malikdir. Hər üç dövlət əhəmiyyətli nüvə arsenalına malikdir, – Mark Millli belə bildirib.

Milli əlavə edib ki, Soyuq Müharibə dövründə başqa güclər olsa da, ikiqütblü dünya var idi. Bu gün biz üçqütblü dünyada yaşayırıq, bipolyardan daha mürəkkəbdir və bu vəziyyətə nəzarət etmək çox çətindir.