Ən son xəbərlər:

02.05.2023/ 12: 59/ Ukrayna münaqişəsi və Şimali Koreyanın nüvə təlimləri Yaponiya cəmiyyətində parçalanmaya səbəb olub

Ukrayna münaqişəsi və Şimali Koreyanın nüvə təlimləri Yaponiya cəmiyyətində parçalanmaya səbəb olub.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Ukrayna münaqişəsi və KXDR-in nüvə sınaqları fonunda Yaponiya cəmiyyəti silahlı qüvvələrdən imtina ilə bağlı ölkə konstitusiyasının 9-cu bəndinə yenidən baxılması məsələsində iki düşərgəyə parçalanıb. Bu barədə Yaponiyanın Kyodo News (KN) agentliyi məlumat yayıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 49 faizi Yaponiya parlamentinin konstitusiyaya yenidən baxılması ilə bağlı müzakirələrə tez başlamalı olduğunu bildirib. Respondentlərin digər 48 faizi cavab verib ki, əsas qanuna müvafiq dəyişikliklərin sürətləndirilməsinə ehtiyac yoxdur.

Qeyd olunur ki, sorğuda iştirak edən 3000 yapondan 53 faizi düzəlişlərin lehinə, 45 faizi isə əleyhinə çıxıb. Eyni zamanda, düzəlişləri dəstəkləyən və Yaponiyanın daha da hərbiləşdirilməsinin tərəfdarı olanların əksəriyyəti öz mövqelərini Rusiya, Çin və Şimali Koreyadan gələn xarici təhdidlərlə izah ediblər.

Daha əvvəl Kyodo agentliyi məlumatlı mənbələrə istinadən xəbər vermişdi ki, Yaponiya xarici hücum zamanı düşmən bazalarına cavab tədbirləri həyata keçirmək üçün strategiya hazırlayır. Nəşrin məlumatına görə, yeni strategiya hazırda hakim koalisiya çərçivəsində müzakirə olunur və ABŞ-la sıx əməkdaşlığı nəzərdə tutur.