Ən son xəbərlər:

02.05.2023/ 07: 33/ Almaniya diplomatik nümayəndəliklərinin əməkdaşları Rusiyanı tırk edir

Almaniya diplomatik nümayəndəliklərinin əməkdaşları Rusiyanı tırk edir.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, Almaniya nümayəndəliklərinin əməkdaşlarının bir hissəsi bazar ertəsi Rusiyanı tərk edib. Bu barədə Almaniya Xarici İşlər Nazirliyi onların dəqiq sayını göstərmədən məlumat verib.

Son həftələrdə Almaniya hökuməti Rusiya xüsusi xidmət orqanlarının Almaniyada mövcudluğunu azaltmaq üçün Rusiya tərəfi ilə əlaqə saxlayıb,  – mesajda belə deyilir.

Nəticədə ayın ortalarında Rusiya nümayəndəliklərinin bəzi əməkdaşları Almaniyanı tərk ediblər. Onların fəaliyyəti diplomatik statuslarına uyğun gəlmir, – Almaniya tərəfinin mətbuat xidməti belə iddia edir.

Rusiya hökuməti öz növbəsində Almaniya nümayəndəliklərinin eyni sayda əməkdaşını ölkəni tərk etməyi xahiş edib. Onlar ötən gün, mayın 1-də Rusiyanı tərk ediblər,  – Xarici İşlər Nazirliyi belə qeyd edir.