Ən son xəbərlər:

02.05.2023/ 07: 08/ Mayın 1-də Parisdə iğtişaşlar və dağıntılar başladı

Mayın 1-də Parisdə iğtişaşlar və dağıntılar başladı.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, Mayın 1-də Fransa paytaxtında kütləvi etiraz nümayişi keçirilib.Yürüş başlayandan dərhal sonra radikallar talanlara və polislə toqquşmalara başlayıb.

Buna cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edib, radikallar polisə fişənglər, peyntbollar və butulkalar atıblar. Onlar həmçinin bankların və müxtəlif müəssisələrin şüşələrini, avtobus dayanacaqlarını sındırıb, zibil qutularını yandırıblar.

Bütün bunlar “pensiya islahatlarına qarşı və sosial ədalət uğrunda” milli təzahürün bir hissəsidir. Hakimiyyət təxminən 650 min etirazçı gözləyib.

EADaily-nin xəbər verdiyi kimi, analitiklər işçilərin ənənəvi May nümayişinin Emmanuel Makron hökumətinin yürütdüyü siyasətə qarşı qlobal etiraza çevriləcəyini proqnozlaşdırmışdılar.