Ən son xəbərlər:

02.05.2023/ 06: 41/ OPEC+ ölkələri neft hasilatını azaltmağa başlayıblar

OPEC+ ölkələri neft hasilatını azaltmağa başlayıblar.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, OPEC+ sazişində iştirak edən bir neçə ölkə 2023-cü ilin sonuna qədər davam edəcək neft hasilatının könüllü olaraq azaldılmasına may ayında başlayıb. Hasilatın ümumi azalması sutkada 1,66 milyon barel təşkil edəcək.

Ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi OPEC+ ölkələri gözlənilmədən alyansın nazirlər səviyyəsində aprelin 3-də keçiriləcək monitorinq iclasından bir gün əvvəl may ayından 2023-cü ilin sonuna qədər neft hasilatının könüllü azaldılmasını elan etdi. Monitorinq iclasından sonra OPEC-in saytında dərc olunan bəyanatda hasilatın azaldılması ilə bağlı qabaqlayıcı tədbirlərin neft bazarında sabitliyin qorunmasına yönəldiyi bildirilib.

Ümumilikdə doqquz OPEC+ ölkəsi hasilata əlavə məhdudlaşdırıcı tədbirlər elan edib. Səudiyyə Ərəbistanı könüllü olaraq hasilatı sutkada 500 min barel, İraq – 211 min barel, BƏƏ – sutkada 144 min barel, Küveyt – sutkada 128 min barel, Qazaxıstan – sutkada 78 min barel, Əlcəzair – 480 min barel azaldacaq.

Rusiya hasilatı iyunun sonuna qədər qüvvədə olan fevral ayının orta göstəricisindən gündəlik 500 min barel azaltmaq qərarını ilin sonuna qədər uzadıb.