Ən son xəbərlər:

02.05.2023/ 05: 22/ Ərəblər Suriyanın siyasi həllində təşəbbüsü ələ alırlar

Ərəblər Suriyanın siyasi həllində təşəbbüsü ələ alırlar.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Misir, İordaniya, İraq, Səudiyyə Ərəbistanı və Suriyanın xarici işlər nazirləri bazar ertəsi Əmmanda keçirilən görüşdə Suriya böhranının hərtərəfli həlli üçün yol xəritəsi ilə bağlı razılığa gəliblər. Bunu İordaniyanın baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfədi keçirdiyi mətbuat konfransında deyib.

Əmmandakı görüş Suriyada 12 ildir davam edən münaqişədən sonra yeni mərhələ açır. Ərəblər siyasi həll yolunda liderlik edir, onlar iqtisadi blokadaya son qoyulması və qaçqınların öz evlərinə qayıtması üçün çalışacaqlar.

Ərəb ölkələri Suriya böhranının siyasi yolla həllinin tərəfdarıdır ki, bu da orada qeyri-qanuni olaraq mövcud olan bütün xarici qüvvələrin ölkədən çıxarılmasına gətirib çıxaracaq. Bu barədə Misir, İordaniya, İraq, Səudiyyə Ərəbistanı və Suriya xarici işlər nazirlərinin bazar ertəsi Əmmanda keçirilən görüşünün yekun bəyanatında deyilir.

Siyasi həll Suriyanın suverenliyini qorumalı, xalqının istəklərini təmin etməli və onu terrordan xilas etməlidir, – Əl-Hədas telekanalı bəyanatdan sitat gətirir. Siyasi həll Suriyada qeyri-qanuni mövcud olan bütün xarici qüvvələrin çıxarılmasına gətirib çıxarmalıdır, – görüş iştirakçıları belə vurğulayıblar.