Ən son xəbərlər:

02.05.2023/ 05: 12/ ABŞ tezliklə Ukraynaya yeni silah növləri görəcək

ABŞ tezliklə Ukraynaya yeni silah növləri görəcək.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar tezliklə Ukraynaya əlavə hərbi yardım paketləri təqdim edəcək və əks-hücum üçün istədiyi hər şeyi artıq təhvil verib. Bu barədə bazar ertəsi Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.

Tezliklə siz bizdən yeni silahların çatdırılmasını görəcəksiniz, Kirbi belə deyib. Kirbi onu da əlavə edib ki, ukraynalıların yazda həyata keçirmək istədikləri hücum əməliyyatları üçün  ABŞ Kiyevin bu məqsədlər üçün əvvəllər xahiş etdiyi demək olar ki, hər şeyi təmin edib.