Ən son xəbərlər:

02.05.2023/ 04: 57/ ABŞ Finlandiyada hərbi bazalar yarada bilər

ABŞ Finlandiyada hərbi bazalar yarada bilər.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Finlandiya hökuməti ABŞ-a Skandinaviya ölkəsində qoşun yerləşdirməyə imkan verəcək saziş hazırlayır. Bu barədə bazar ertəsi “Helsingin Sanomat” qəzeti Xarici İşlər Nazirliyinin siyasi departamentinin rəhbəri Mikael Antelə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, hakimiyyət indi müdafiə sazişi hazırlayır və bu saziş qəbul olunarsa, ABŞ ordusuna Finlandiya ərazisi və onun hərbi obyektlərindən istifadə etməyə imkan verəcək. Eyni zamanda dəqiqləşdirilir ki, söhbət ilk növbədə şəxsi heyətin hazırlanmasından, silah və maddi-texniki vasitələrin saxlanmasından gedir.

ABŞ-ın digər NATO üzvləri ilə də oxşar razılaşmaları var.