Ən son xəbərlər:

01.05.2023/ 16: 42/ Tbilisi meri Gürcüstanın niyə Aİ-yə namizəd statusu almadığını açıqlayıb

Tbilisi meri Gürcüstanın niyə Aİ-yə namizəd statusu almadığını açıqlayıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Gürcüstana Aİ-yə üzv namizəd statusu respublika rəhbərliyinin Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmaqdan imtina etməsi səbəbindən verilməyib. Bunu bazar ertəsi jurnalistlərə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

Namizəd statusunun verilməsindən imtina siyasi qərar idi və cəmiyyət bunun niyə baş verdiyini çox yaxşı anladı. Gürcüstan hökuməti onlar üçün problemdir, çünki o, sanksiyalara qoşulmur, müharibəyə başlamır, ölkədə  ikinci cəbhə açmır.