Ən son xəbərlər:

01.05.2023/ 10: 45/ Mbappenin PSJ-də “Qızıl top”u qazanmaq şansı yoxdur

Mbappenin PSJ-də “Qızıl top”u qazanmaq şansı yoxdur.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Fransanın sabiq futbolçusu Emmanuel Petit Paris Saint-Germain-in hücumçusu Kilian Mbappenin “Qızıl top”u qazanmaq şanslarından danışıb.

Petit hesab edir ki, Mbappenin PSJ-də “Qızıl top”u qazanmaq şansı yoxdur.

O, Fransa futbolunda mümkün olan bütün rekordları qırdı. Ancaq Çempionlar Liqasını qazanmaq və dünyanın ən yaxşısı olmaq və Qızıl Topu əldə etmək üçün PSJ-ni tərk etməlisən, – deyə Legal Sportsbook Petitdən sitat gətirir.

Bu mövsüm hücumçu Paris klubunun heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 35 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 2025-ci ilə qədərdir.

Daha əvvəl Mbappenin Liqa 1-in qol rekordunu təkrarladığı bildirilirdi.