Ən son xəbərlər:

01.05.2023/ 07: 25/ Rusiya Finlandiya ilə əməkdaşlığı faktiki olaraq pozulub

Rusiya Finlandiya ilə əməkdaşlığı faktiki olaraq pozulub.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Rusiyanın Helsinkidəki səfirliyi bəyan edib ki, Finlandiya ilə ikitərəfli münasibətlər ölkənin NATO-ya daxil olması səbəbindən praktiki olaraq pozulub. Bu barədə “İzvestiya” məlumat yayıb.

“Praktikada Helsinki alyansa qoşulan zaman ölkələrimiz arasında bir vaxtlar yaxın və qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın əsası Finlandiya tərəfinin səyləri ilə artıq demək olar ki, tamamilə məhv edilib”, – diplomatik missiya belə vurğulayıb.

Səfirlik qeyd edib ki, 2022-ci ildə ticarət-iqtisadi əlaqələr minimuma endirilib, çünki Finlandiya hakimiyyəti Rusiya ilə biznesi mümkün qədər çətinləşdirib, o cümlədən Aİ sanksiyalarına qoşulub.

Aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. ABŞ dövlət katibi Entoni Blinken ölkənin alyansa rəsmi qəbulu mərasimində iştirak edib. O, ölkənin alyansın digər üzvləri tərəfindən ratifikasiya olunmuş üzvlük protokollarını qəbul edib.