Ən son xəbərlər:

01.05.2023/ 07: 01/ Sudanın paytaxtında atəşkəs razılaşmalarına əməl olunmur

Sudanın paytaxtında atəşkəs razılaşmalarına əməl olunmur.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Qərb mediası xəbər verir ki, bazar günü Xartumda Sudan ordusu ilə müxalif Çevik Reaksiya Qüvvələrinin yarımhərbi qruplaşması arasında toqquşmalar davam edir.

Xüsusilə də döyüşlər Sudan Silahlı Qüvvələrinin Baş Qərargahı yaxınlığında gedir. Bundan əlavə, hərbçilər Sudan paytaxtının şimal ətrafına hava zərbələri endirirlər.

Bazar ertəsinə keçən gecə münaqişə tərəfləri arasında 72 saatlıq barışıq müddəti başa çatır. Lakin şahidlərin sözlərinə görə, son günlər Sudanda praktiki olaraq atəşkəs razılaşmalarına demək olar ki, əməl olunmayıb.