Ən son xəbərlər:

01.05.2023/ 06: 50/ Rusiya Kubaya yanacaq və taxılla bağlı köməklik göstərəcək

Rusiya Kubaya yanacaq və taxılla bağlı köməklik göstərəcək.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski hesab edir ki, Rusiya Kubaya kəskin məsələlərin həllində, xüsusən də yanacaq və taxıl tədarükü ilə bağlı köməklik göstərəcək.

Slutski bazar günü jurnalistlərə deyib ki, yanacağa, taxıla, respublikanın bu gün nəyə ehtiyacı olduğuna gəlincə, biz bundan imtina etməyəcəyik. O, həmçinin bildirib ki, Rusiya dost ölkələr, xüsusilə Kuba üçün kadrlar hazırlamağı planlaşdırır.

Biz Kubaya və bütün dünyaya ali təhsil xidmətləri göstərməyə hazırıq ki, öz ölkələrinin ən yüksək siyasi və biznes elitasını təşkil edəcək gələcək prezidentlər, baş nazirlər, dövlət korporasiyalarının rəhbərləri gedib öz ölkələrinə qayıtsınlar. Duma komitəsinin rəhbəri velə bildirib.

Slutski onu da qeyd edib ki, Havana Moskvanın regiondakı strateji tərəfdaşlarından biridir.