Ən son xəbərlər:

01.05.2023/ 06: 35/ ABŞ və Avropa İttifaqı səfirləri Qaqauziyada olublar

ABŞ və Avropa İttifaqı səfirləri Qaqauziyada olublar.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Aİ-nin Moldovadakı nümayəndəliyinin rəhbəri Janis Mazejks bildirib ki, o, ABŞ səfiri Kent Loqsdonla birlikdə Qaqauz muxtariyyətinin rəhbəri seçkilərinin gedişi ilə tanış olub.

“Qaqauziyada mühüm gün başqan vəzifəsinə seçkidir. Bir neçə seçki məntəqəsinə baş çəkdikdən sonra mən səsvermə prosesinin necə getdiyini və medianın necə məlumatlandırıldığını öyrənmək üçün Komratdakı Mərkəzi Seçki Komissiyasında ABŞ səfiri Loqsdonla görüşdüm”, – Mazeiks Komratda keçirdiyi brifinqdə belə bildirib.

Səsvermə prosesini 20-dən çox yerli və 53 beynəlxalq müşahidəçi izləyir, ABŞ, Türkiyə, Polşa, Ukrayna, Fransa və İsveç səfirlikləri də öz müşahidəçilərini göndərib. Rusiya səfirliyi Moldova hakimiyyətinin rusiyalı müşahidəçiləri qeydiyyata almaqdan imtina etdiyini bildirib və bunu “Kişinyovun bir sıra qeyri-dost hücumları”nda növbəti ayrı-seçkilik addımı adlandırıb.