Ən son xəbərlər:

01.05.2023/ 06: 22/ Münaqişə zamanı Ukraynanın NATO-ya daxil olması çətin məsələdir

Münaqişə zamanı Ukraynanın NATO-ya daxil olması çətin məsələdir.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Ukraynanın NATO-ya mümkün üzvlüyünün müzakirəsi alyansın iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitinin ən çətin mövzularından biri olacaq. Bu barədə bazar günü İtaliyanın “Repubblika” qəzetinə müsahibəsində Litva Prezidenti Gitanas Nauseda bildirib.

“Açığını deyim ki, bu, Vilnüsdə həll olunası ən çətin məsələ olacaq. Litva iddialı bir gündəmə can atır, lakin bəzi ölkələr hələ də Zelenskiyə bu mövzuda güclü siqnallar göndərməkdə tərəddüd edir”, – Nauseda belə deyib.

Nauseda Kiyevin münaqişə bitməmiş alyansa daxil olması ideyasını rədd edib.

“Bu, çox çətin olardı. Biz bu haqda bilirik, ukraynalılar da bundan xəbərdardır. Litva prezidenti əlavə edib ki, biz praktiki mərhələyə keçməliyik, münaqişə başa çatdıqdan sonra necə hərəkət edəcəyimizin mərhələlərini və formullarını müəyyən etməliyik.

Litva Prezidenti sammitdə Ukraynanın üzvlüklə bağlı yol xəritəsinin müəyyən olunacağına ümid etdiyini bildirib.