Ən son xəbərlər:

01.05.2023/ 06: 12/ Təl-Əvivdə 200.000-dən çox insan məhkəmə-hüquq islahatına etiraz aksiyasına çıxıb

Təl-Əvivdə 200.000-dən çox insan məhkəmə-hüquq islahatına etiraz aksiyasına çıxıb.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, İsrail müxalifəti şənbə günü axşam Knessetin (parlament) yay sessiyasının başlaması ərəfəsində məhkəmə islahatlarına qarşı növbəti kütləvi nümayiş keçirib.

Ən böyük aksiya ənənəvi olaraq Təl-Əvivdə dövlət idarələri kompleksi yaxınlığında keçirilib. İsrailin 13 telekanalının məlumatına görə, Təl-Əviv mitinqində 209 minə yaxın insan iştirak edib. On minlərlə insanı bir araya gətirən aksiyalar Hayfa, Kfar Sava və Netanyada keçirilib. İsrailin onlarla başqa şəhərində kiçik nümayişlər keçirilib.

Təşkilatçılar deyirlər ki, məhkəmə islahatları və qanun layihələri ilə bağlı müzakirələrə qayıtması gözlənilən Knessetin yenidən açılış tarixi yaxınlaşdıqca müxalifət nümayişləri yenidən güclənəcək. Belə ki, mayın 4-də ümummilli etiraz günü nəzərdə tutulub.