Ən son xəbərlər:

01.05.2023/ 05: 58/ Fransanın paytaxtında “Bulgari” zərgərlik mağazası qarət edilib

Fransanın paytaxtında “Bulgari” zərgərlik mağazası qarət edilib.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Şənbə günü bir qrup naməlum şəxs Parisin mərkəzindəki Vendome meydanında yerləşən Bulgari zərgərlik mağazasını qarət edib. Bu barədə Be-ef-em telekanalı polisə istinadən məlumat yayıb.

Telekanalın verdiyi məlumata görə, oğurluğu əllərində silah olan 3 nəfər törədib. Onlar iki motosikletlə hadisə yerindən qaça biliblər, polis onları axtarır. Hazırda oğurlanan məbləğ dəqiqləşdirilir.

Bu, Bulgari’s Place Vendôme butikinə edilən ilk basqın deyil. 2021-ci ilin sentyabrında silahlı quldurlar bu mağazaya girərək təxminən 10 milyon avro dəyərində zinət əşyalarını oğurlamışlar.