Ən son xəbərlər:

29.04.2023/ 13: 08/ Ərdoğan və BMT-nin baş katibi Ukrayna məsələsini müzakirə ediblər

Ərdoğan və BMT-nin baş katibi Ukrayna məsələsini müzakirə ediblər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə telefonla Ukraynadakı vəziyyəti müzakirə ediblər, Türkiyə mətbuatı Türkiyə liderinin ofisinə istinadən bu barədə xəbər verir.

Ərdoğan Quterreşə bildirib ki, Türkiyə Ukraynadakı münaqişəyə son qoymaq üçün BMT-yə hər cür kömək etməyə hazırdır, – mesajda belə deyilir.

Qeyd olunur ki, onlar Sudan və Suriyadakı vəziyyəti də müzakirə ediblər. Türkiyə prezidenti iyul ayında BMT-nin Suriyaya transsərhəd yardım mexanizminin fəaliyyətinin uzadılmasının vacibliyindən danışıb.