Ən son xəbərlər:

29.04.2023/ 07: 04/ Şoyqu və Çinin müdafiə naziri ŞƏT çərçivəsində planlaşdırılmamış danışıqlar aparıblar

Şoyqu və Çinin müdafiə naziri ŞƏT çərçivəsində planlaşdırılmamış danışıqlar aparıblar.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya və ÇXR-in  müdafiə nazirləri Sergey Şoyqu və Li Şanfu cümə günü ŞƏT-ə üzv ölkələrin hərbi idarələri rəhbərlərinin görüşü çərçivəsində qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Protokola əsasən, cümə günü ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin görüşünün keçirildiyi Yeni Dehlidə Rusiya Federasiyası və Çinin hərbi idarələrinin rəhbərləri arasında ikitərəfli danışıqlar əvvəlcədən planlaşdırılmayıb.

Həmçinin, görüş başlamazdan əvvəl və sessiyalar arası Şoyqu və Li Şanfu ayaq üstə qısa müddət ərzində tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.