Ən son xəbərlər:

29.04.2023/ 06: 53/ NATO-nun bütün ölkələrinin döyüş potensialı və imkanları Rusiyaya qarşı istifadə edilir

NATO-nun bütün ölkələrinin döyüş potensialı və imkanları Rusiyaya qarşı istifadə edilir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə demək olar ki, bütün NATO ölkələrinin imkanları Rusiya Federasiyasına qarşı istifadə olunur .

Rusiyanın müdafiə naziri Sergey Şoyqu cümə günü bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə Şimali Atlantika Alyansının demək olar ki, bütün ölkələrinin döyüş potensialı və imkanları Rusiyaya qarşı istifadə edilir.

Qərb Rusiya Federasiyası ilə qarşıdurmaya əvvəlcədən hazır olduğunu nümayiş etdirdi. Rusiyaya qarşı dərhal irimiqyaslı sanksiyalar tətbiq olundu, Ukraynaya silah tədarükü təşkil edildi, kəşfiyyat məlumatları çatdırıldı, döyüş bölgəsinə hərbi məsləhətçilər və muzdlular göndərildi, – Şoyqu  bu barədə ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin Yeni Dehlidə keçirilən iclasında  belə bildirib.

Beləliklə demək olar ki, bütün NATO ölkələrinin hərbi potensialı və imkanları Rusiya Federasiyasına qarşı istifadəyə cəlb edilib.