Ən son xəbərlər:

29.04.2023/ 06: 38/ Rusiya Qırğızıstan və Tacikistandakı bazalarının döyüş hazırlığını artırır

Rusiya Qırğızıstan və Tacikistandakı bazalarının döyüş hazırlığını artırır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ABŞ-ın Mərkəzi Asiyada hərbi mövcudluğunu bərpa etmək cəhdləri fonunda Rusiya Qırğızıstan və Tacikistandakı bazalarının döyüş hazırlığını artırır, Rusiyanın müdafiə naziri Sergey Şoyqu belə bildirib.

O, ABŞ və müttəfiqlərinin terrorla mübarizədə yardım bəhanəsi ilə Mərkəzi Asiyada hərbi mövcudluğunu bərpa etmək cəhdlərinə işarə edib.

Biz Vaşinqtonun region ölkələrinə hərbi infrastrukturun yerləşdirilməsi ilə bağlı müraciətlərini ŞƏT məkanında sabitliyə birbaşa təhdid kimi qiymətləndiririk, – Şoyqu cümə günü Yeni Dehlidə ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin görüşündə belə deyib.

Biz öz tərəfimizdən Qırğızıstan və Tacikistandakı Rusiya hərbi bazalarının, eləcə də mümkün çağırışlara cavab verən digər qüvvələrin döyüş hazırlığını artırırıq.