Ən son xəbərlər:

29.04.2023/ 06: 14/ Avropa Komissiyası Ukraynadan Aİ-yə taxıl ixracına məhdudiyyətlər barədə razılığa gəlib

Avropa Komissiyası Ukraynadan Aİ-yə taxıl ixracına məhdudiyyətlər barədə razılığa gəlib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Avropa Komissiyası Şərqi Avropanın beş ölkəsi ilə Ukraynadan Aİ-yə buğda, qarğıdalı, kolza və günəbaxan ixracını məhdudlaşdırmaq və taxıl ehtiyatlarının çoxluğundan zərər çəkmiş ölkələrin fermerlərinə birtərəfli qadağaların ləğvi müqabilində 100 milyon avro yardım göstərilməsi barədə razılığa gəlib. Bu barədə cümə günü Tvitter səhifəsində Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis yazıb.

Avropa Komissiyası Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstanla Ukraynadan gələn ərzaq məhsulları ilə bağlı razılığa gəlib. Sazişin əsas elementləri milli idxal məhdudiyyətlərinin aradan qaldırılması, dörd növ məhsul – buğda, qarğıdalı, kolza və günəbaxan üçün müstəsna ehtiyat tədbirlərinin tətbiqi, zərər çəkmiş beş ölkənin fermerlərinə 100 milyon avro yardımın göstərilməsindən ibarətdir.

Bundan əvvəl Avropa Komissiyasındakı mənbə izah etmişdi ki, müstəsna ehtiyat tədbirləri Ukrayna taxılının idxalı üçün kvotaların tətbiqi deməkdir.