Ən son xəbərlər:

29.04.2023/ 05: 49/ KTMT-nin kollektiv qüvvələrinin tərkibində döyüş aviasiyası görünə bilər

KTMT-nin kollektiv qüvvələrinin tərkibində döyüş aviasiyası görünə bilər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv qüvvələrinin tərkibində döyüş aviasiyası görünə bilər, – bu barədə təşkilatın rəhbərliyinə təkliflər hazırlanır. Bunu cümə günü KTMT-nin Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov bu işçi orqanın yaradılmasının 20 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Müdafiə idarələri və fundamental tədqiqat təşkilatları ilə birlikdə yüksək rəhbərliyə aviasiya komponentinin köklü təkmilləşdirilməsi ilə bağlı təklif hazırlanır ki, bu da döyüş aviasiyasının kollektiv aviasiya qüvvələrinə daxil edilməsini və strukturun müvafiq təkmilləşdirilməsini nəzərdə tutur, – Sidorov belə bildirib.