image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-528843923_1310156630464112_5963297147557734308_n

33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu

image-legitimaz-810x90

33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu.

Prezident İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamədə bu məqam xüsusi  qeyd edilir ki, regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir: “Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə mətbuata bəyanatla çıxış etdilər. Dövlətimizin başçısı bəyanatında bildirdi ki, bu gün Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası münasibətlərimizdə yeni tarix yazırıq. Biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir. Çünki dünyanın ən qüdrətli ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq həm fürsətdir, həm də məsuliyyət. Prezident İlham Əliyev bu əminliyi də ifadə etdi ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcək, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik.

Prezident İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan  ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu da imzaladılar. Cənab İlham Əliyev bu fikri xüsusi vurğuladı ki, 33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu”.

Tarixdə müharibəni udub, amma diplomatiyada uduzan çox ölkələr var: Məsələn, İsrail Qəzzada hərbi qələbələr qazanmasına baxmayaraq, beynəlxalq imici darmadağın olub. Amma Azərbaycan həm müharibədə tam və mütləq qələbəyə imza atdı, həm onun nəticələrini beynəlxalq ictimaiyyətə qəbul etdirdi, həm də Vaşinqton zəfəri ilə sülhü qazandı.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki